image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
10 SƏRKƏRDƏ – Üzləşmə III Forum

10 SƏRKƏRDƏ – Üzləşmə III Forum

Seminar
  • Avropa Azərbaycan məktəbi (Badamdar)
  • 22 noy 2026 - 22 noy 2026

10 SƏRKƏRDƏ

Üzləşmə – III Forum

 Psixologiya – Fəlsəfə – Ədəbiyyat

“Üzləşmə” silsiləsinin üçüncü forumu “10 sərkərdə” sizə yalnız “özünüzə inanın”, ˝hər şey ancaq sizdən asılıdır˝ demək üçün təşkil olunmayıb. Burada niyə bəzən özünüzə inanmadığınız, niyə başladığınız işi yarımçıq qoyduğunuz, hansı daxili və xarici qüvvənin sizi yerinizdə saxladığı araşdırılacaq.

Fərqli yanaşmalar eyni sualın qarşısında görüşəcək. Müxtəlif sahələrdən olan qonaqlar uğur, qorxu, seçim, prinsip və insan iradəsinə fərqli tərəflərdən baxacaqlar. Canlı müzakirələrdə isə qonaqlara sizi narahat edən sualları vermək fürsətiniz olacaq. Bəlkə də, ilk dəfə doğru sualı özünüzə verəcəksiniz:

Mənim orduma hazırda hansı qüvvə rəhbərlik edir? Mən bu ordudan nə qədər istifadə edə bilirəm?

Öz sərkərdələrini tanımayan insan çox vaxt başqalarının yazdığı ssenaridə yaşayır. Ssenarini dəyişmək üçün əvvəlcə onu kimin yazdığını görmək lazımdır.

UNUTMAYIN, BÖYÜK DƏYİŞİKLİKLƏR ÜZLƏŞMƏLƏRDƏN BAŞLAYIR.

Həyatınızda dönüş nöqtəsi olacaq bu üzləşməni qaçırmayın.

TƏDBİRİN PROQRAMI

I hissə: Axtarış və nəticə

Spiker çıxışları:

 İkram Rüstəmov – psixiatr, tibb üzrə fəlsəfə doktoru   Sakit Səmədov – iqtisad üzrə fəlsəfə doktoru  Rövşən Abdullaoğlu – yazıçı, psixoloq

Hər bir spiker “10 sərkərdə” mövzusuna öz sahəsinin baxış bucağından yanaşacaq, şəxsi təcrübə və qənaətlərini bölüşəcək.

Tamaşa – mövzunu bədii rakursdan əks etdirən təqdimat

Fasilə – kofe-breyk

II hissə: Ünsiyyət

⁠  ⁠Suallar və cavablar ⁠  ⁠Spikerlərlə canlı müzakirə

"Avropa Azərbaycan məktəbi (Badamdar)"

Keçiriləcəyi yer

Avropa Azərbaycan məktəbi (Badamdar)