İl Tabarro
Konsert- Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
- 25 fev 2026 - 25 fev 2026
Dirijor: Əyyub Quliyev, Əməkdar artist
Quruluşçu rejissor: Lüdviq Bauman (Almaniya)
Rejissor: Hafiz Quliyev, Əməkdar incəsənət xadimi
Xormeyster: Sevil Hacıyeva, Əməkdar incəsənət xadimi
Mikele: Cahangir Qurbanov, Əməkdar artist
Jorjetta: Fəridə Məmmədova, Əməkdar artist
Luidji: Azər Zadə, Əməkdar artist
Fruqola: Aytac Şıxəlizadə
Vintitore: Tural Ağasıyev, Əməkdar artist
Tinka: Fəhmin Əhmədli
Talpa: İqor Yadrov
İki sevgili: Səma Həmzəyeva
Hidayət Əliyev
Operanın qısa məzmunu
Mikelenin barjı Parisdə - Sena çayında lövbər salmışdır. Mikelenin gənc arvadı Jorjetta artıq onu sevmir. Bu hadisə onların körpəsinin ölümündən sonra baş vermişdir. İndi o gizlicə Mikele üçün çalışan liman fəhləsi Luidjiyə vurulmuşdur. Mikele gecələr yatmağa gedəndə o kibrit yandıraraq Luidjiyə siqnal verir. Luidji onunla görüşmək üçün barjın göyərtəsinə qalxır.
Təsadüfən Mikele adəti üzrə olduğundan bir az tez qayıdır. O itirilmiş məhəbbəti haqqında acı-acı düşünür və qəlyan çəkmək üçün kibrit yandırır. Luidji səhvən bu siqnalın Jorjetta tərəfindən verildiyini güman edir və gizlicə barja daxil olur. Mikele Luidjinin gəlişinə təəcüblənir. O fəhləni öz məhəbbətini etiraf etməyə məcbur edir və sonra yavaşca onu boğaraq öldürür. Jorjetta Luidjinin gəlməməsindən narahat olaraq öz kayutundan çıxır. O ərini görür və ondan soruşur: “məgər sən bizim bir yerdə olmağımızı istəmirsən?” “Mənim plaşım altında?» - deyə Mikele soruşur. “Bəli”, - deyə qadın cavab verir: “Sən bir vaxt söyləmişdin ki, hamı plaş geyinir və plaş bəzən sevinci, bəzən isə kədəri ört-basdır edir”.
“Bəzən isə onun altında cinayət gizlənir”, - deyə Mikele qışqırır və Luidjinin cansız bədəni üzərinə sərilmiş plaşı götürür. Jorjetta qorxudan qışqırır. Mikele kəskin şəkildə onu tutur və ölmüş aşiqinin meyiti üzərinə itələyir.