image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Paris Notr-Dam | ƏSA Teatrı

Paris Notr-Dam | ƏSA Teatrı

Tamaşa
  • Heydər Əliyev Sarayı
  • 15 apr 2026 - 16 apr 2026


🎭 Son illərin ən böyük teatr hadisəsinə hazırsınız?!

🔥 ƏSA Teatrından — “PARİS NOTR-DAM” musiqili tamaşa!

“Hamlet”dən sonra bu dəfə biz sizi Parisın qəlbinə aparırıq!

Heydər Əliyev Sarayında təqdim ediləcək bu möhtəşəm səhnə əsəri — sevgi, azadlıq və insan ruhunun sarsılmaz gücü haqqında musiqili tamaşadır.

📜 Viktor Hüqonun ölməz romanı əsasında hazırlanan tamaşa fransız musiqilərinin sehrli ahəngi, peşəkar aktyorların canlı ifaları, 40-dan çox aktyor heyəti, unikal səhnə tərtibatı və rejissor Nihad Qulamzadənin özünəməxsus quruluşu ilə tamaşaçılara unudulmaz bir teatr gecəsi vəd edir.

🎭 Qeyd edək ki, tamaşada əsas rolları tanınmış teatr aktyorları Lalə Süleymanova, Elsevər Rəhimov, Elşən Əskərov, Səmayə Ağayarova ifa edəcək. Heyətlə bağlı ətraflı məlumat tezliklə paylaşılacaq.  

📅 15-16 aprel, saat 20:00
📍 Heydər Əliyev Sarayı
🎟 Biletlər: iTicket.az və şəhərin bütün teatr&konsert kassalarında