Cavanşir Quliyevin “BURA VƏTƏNDİR!” adlı yaradıcılıq gecəsi
Konsert- Azərbaycan Milli Konservatoriyası
- 23 apr 2026 - 23 apr 2026
Cavanşir Quliyevin “BURA VƏTƏNDİR!” adlı yaradıcılıq gecəsi tanınmış, sevilən bəstəkarın 75 illik yubiley tədbirləri sırasında növbəti konsertdir. Azərbaycan musiqi tarixində özünəməxsus musiqi dili ilə seçilən bəstəkar demək olar, bütün janrlarda əsərlər yaradaraq təkrarsız üslubu ilə xalqın səs yaddaşında silinməz izlər qoyub. Azərbaycan Milli Konservatoriyasının yaradıcı kollektivi tərəfindən hazırlanmış bu konsert Cavanşir Quliyevin yaradıcılığını bütün aspektlərdən işıqlandırmaq məqsədi güdür.
Konsert proqramına akademik janrlardan bəstəkarın vizit kartı sayılan “Hazırlanmış royal üçün Muğam səssıralarında 7 pyes”, 2 violin üçün duet üçün yazılmış Quzey Kıbrıs süitası, Fortepiano üçün Sonatinası, violin üçün işləmədə “Kızılırmak” baletindən “İlğım” pyesi, xor üçün yazılmış əsərlərdən "Fəryad" filmindən “Qarabağ marşı”, “Bir uçaydım” mahnısının xor işləməsi (Təranə Yusifovanın), “Bayraqlar” mahnısı (premyera) daxil edilib. Xalqın sevilən, bəyənilən mahnılarını (“Sevəcəyəm”, “Hər şey gözəldir həyatda”, “Bura Vətəndir”, “Əzizim, yazım gilə”, “Qızım” və s.) estradamızın ulduzları və tanınmış müğənnilərin maraqlı təfsirində dinləyə biləcəksiz.
Keçiriləcəyi yer
Azərbaycan Milli Konservatoriyası- Azərbaycan Bakı, AZ 1073, Yasamal rayonu Ələsgər Ələkbərov 7
- (99412) 539 70 47
- [email protected]
- https://conservatory.edu.az/