Beynəlxalq rəqs gününə həsr olunmuş konsert
Konsert- Beynəlxalq Muğam Mərkəzi
- 21 apr 2026 - 21 apr 2026
Minilliklərin yaddaşından süzülüb gələn, insanın ən ilkin duyğularını hərəkətə çevirən qədim bir sənətdir rəqs. Bədən və ruhun harmoniyası səhnədə rəngarəng hərəkətlər və ritmik musiqi ilə birləşərək gözoxşayan bir mənzərə yaradır.
Bu rəngarəng rəqsləri canlı izləmək istəyirsinizsə, sizi 21 aprel saat 19:00-da Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsert proqramına dəvət edirik. Konsertdə Uşaq Folklor Mahnı və Rəqs Ansamblının tərkibində fəaliyyət göstərən rəqs kollektivlərinin çıxışları təqdim olunacaq.