Nadir muğam ifaçıları
Konsert- Azərbaycan Dövlət Akademik Filarmoniyası
- 04 mar 2026 - 04 mar 2026
"Nadir muğam ifaçıları” layihəsinin məqsədi — nadir və dəyərli Azərbaycan muğam ifaçılarının yaradıcılığını işıqlandırmaq, qorumaq və gələcək nəsillərə ötürməkdir.
Bu tədbir xalq artisti, muğam sənətinin dərin bilicisi və sevilən xanəndə Hacıbaba Hüseynovun zəngin yaradıcılığına həsr olunub.
Hacıbaba Hüseynovun repertuarında özünəməxsusluğu və ustalığı ilə seçilən muğamlar və təsniflər yer alır.
Gecədə onun ən məşhur əsərləri səslənəcək: muğamlar — “Rast”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, təsniflər — “Qarabağ şikəstəsi”, “Şahnaz”, “Heyratı”, “Kürdü-Şahnaz”
Keçiriləcəyi yer
Azərbaycan Dövlət Akademik Filarmoniyası- İstiqlaliyyət küçəsi 10, Bakı, Azərbaycan
- +994 12) 497 36 09
- [email protected]
- http://www.filarmoniya.az