image
Bütün şəhərlər
  • Bütün şəhərlər
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Vals axşamı. Şam işığında konsert. Candlelight Baku

Vals axşamı. Şam işığında konsert. Candlelight Baku

Konsert
  • Kamera və orqan musiqisi zalı
  • 23 apr 2026 - 23 apr 2026


Candlelight Baku – Orjinal Şam İşığı konsertləri seriyası təqdim edir!

Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında tarixi tikililərdə milyonlarla insanın heyranlıqla izlədiyi şam işığında konsertləri artıq Bakıda! 🌎

23 aprel axşamı Bakının sehrli atmosferə malik Kamera və Orqan Musiqisi zalında (Kilsə) böyük bəstəkarların — Çaykovski, Ştraus, Şostakoviç, Şopen və Yevgeni Doqanın — valslarından ibarət unudulmaz axşam sizi gözləyir. Candlelight Ensemble canlı ifasında minlərlə şam işığı altında vals dünyasına səyahət edin. 🕯️🎻✨

RƏQS OLACAQDIR - 💃 Gecə boyunca səslənən bəzi valslara uyğun olaraq səhnədə zərif rəqs performansları da təqdim olunacaq və musiqi ilə rəqs harmoniyası bu axşamı daha da unudulmaz edəcək.Londondan Parisə, 

Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında milyonlarla insanın heyranlıqla izlədiyi, tarixi tikililərdə və unikal məkanlarda şam işığında keçirilən musiqi konsertləri ənənəsi artıq Bakıda! 🌎

Candlelight Ensemble – Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, fortepiano və genişləndirilmiş simli tərkibdən ibarət (2 skripka, alt, violonçel və kontrabas) seçilmiş musiqi ansamblıdır. Kollektiv beynəlxalq və respublika müsabiqələrinin laureatları və Əməkdar Artistlərin iştirakı ilə yüksək peşəkarlığı təmsil edir. Ansamblın zərif səslənməsi və yüksək səhnə mədəniyyəti hər ifanı minlərlə şam işığı fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir.

 ⏳ Müddət:  60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır, vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur.)

 ♿ Əlçatanlıq: Məkan əlil arabası üçün əlçatandır.

🕯️Şam işığında Azərbaycanın ən gözəl tarixi məkanlarında unudulmaz musiqi axşamlarını yaşamaq üçün bizi izləyin və bu sehrli təcrübəyə qoşulun!

 

 

 

 

"Kamera və orqan musiqisi zalı"

Keçiriləcəyi yer

Kamera və orqan musiqisi zalı İstiqamət al