10 SƏRKƏRDƏ – Üzləşmə III Forum
Seminar- Avropa Azərbaycan məktəbi (Badamdar)
- 22 noy 2026 - 22 noy 2026
10 SƏRKƏRDƏ
Üzləşmə – III Forum
Psixologiya – Fəlsəfə – Ədəbiyyat
“Üzləşmə” silsiləsinin üçüncü forumu “10 sərkərdə” sizə yalnız “özünüzə inanın”, ˝hər şey ancaq sizdən asılıdır˝ demək üçün təşkil olunmayıb. Burada niyə bəzən özünüzə inanmadığınız, niyə başladığınız işi yarımçıq qoyduğunuz, hansı daxili və xarici qüvvənin sizi yerinizdə saxladığı araşdırılacaq.
Fərqli yanaşmalar eyni sualın qarşısında görüşəcək. Müxtəlif sahələrdən olan qonaqlar uğur, qorxu, seçim, prinsip və insan iradəsinə fərqli tərəflərdən baxacaqlar. Canlı müzakirələrdə isə qonaqlara sizi narahat edən sualları vermək fürsətiniz olacaq. Bəlkə də, ilk dəfə doğru sualı özünüzə verəcəksiniz:
Mənim orduma hazırda hansı qüvvə rəhbərlik edir? Mən bu ordudan nə qədər istifadə edə bilirəm?
Öz sərkərdələrini tanımayan insan çox vaxt başqalarının yazdığı ssenaridə yaşayır. Ssenarini dəyişmək üçün əvvəlcə onu kimin yazdığını görmək lazımdır.
UNUTMAYIN, BÖYÜK DƏYİŞİKLİKLƏR ÜZLƏŞMƏLƏRDƏN BAŞLAYIR.
Həyatınızda dönüş nöqtəsi olacaq bu üzləşməni qaçırmayın.
TƏDBİRİN PROQRAMI
I hissə: Axtarış və nəticə
Spiker çıxışları:
Hər bir spiker “10 sərkərdə” mövzusuna öz sahəsinin baxış bucağından yanaşacaq, şəxsi təcrübə və qənaətlərini bölüşəcək.
Tamaşa – mövzunu bədii rakursdan əks etdirən təqdimat
Fasilə – kofe-breyk
II hissə: Ünsiyyət