114 FM Radiosu
Tamaşa- Gəncə Dövlət Milli Dram Teatrı
- 21 noy 2026 - 21 noy 2026
“114 FM - Radiosu” (Arqon)
Məkan: kiçik səhnə
Yaş reytinqi: 18+
Müəllif: Şəbnəm Xeyrulla
Quruluşçu rejissor: Raya Əli Şərif
Rollarda: Ruslan Hüseynov, Emil Salmanov, Elmir Məmmədov.
Janr: estetik və psixoloji dram
Tamaşanın müddəti: 55 dəq
Tamaşanın başlanma vaxtı: 19:00
Şəbnəm Xeyrullanın “Arqon” mono pyesi əsasında hazırlanmış “114 FM-Radiosu” adlı tamaşa müasir Azərbaycan teatrında fərqli estetik və psixoloji yük daşıyan əsərlərdən biri kimi diqqət çəkir. Bu tamaşa həm forma (monotamaşa), həm də məzmun (absurd-gerçəklik, daxili monoloq) baxımından maraqla izlənilir. Əsər monoformadadır, yəni bütün dramatik yük bir obraz – Arqon üzərində qurulub. Bu, tamaşanın həm üstünlüyü, həm də riskidir: bütün emosional dinamika bir aktyorun üzərinə düşür. Pyesin mərkəzində Arqon adlı şəxsin daxili monoloqu dayanır. O, cəmiyyət tərəfindən anlaşılmadığını düşünən, həyatdakı uğursuzluqları səbəbindən psixoloji sarsıntı keçirən və intihar həddinə çatan bir obrazdır .