1920-ci illərin üslubunda “Retro” axşamı

1920-ci illərin üslubunda “Retro” axşamı

Konsert
  • Azərbaycan Milli İncəsənət Muzeyi
  • 28 noy 2026 - 28 noy 2026

1920-ci illərin üslubunda retro axşamı — şampan, caz və sirlər

StolitsA.rt sizi bu payızın ən sirli axşamına dəvət edir!

Bir axşamlıq Debur sarayı Böyük Qetsbinin dəbdəbəli malikanəsinə çevriləcək. Havaya bahalı ətirlərin qoxusu yayılacaq, qədəhlərə şampan süzüləcək və hər qonaq şübhəli şəxsə çevriləcək.

Axşamın proqramı

💃 Musiqi və rəqs şousu
Canlı caz, çarlston və fokstrot sizi 1920-ci illərin ab-havasına aparacaq. Dövrün üslubuna uyğun geyimlər arzuolunandır. Saçaqlı libaslar, lələkli aksesuarlar, smokinqlər və kloş papaqlar bu axşama yaraşacaq.

🥂 Furşet
Yüngül qəlyanaltılar və köpüklü şərab “quru qanun” dövrünün gizli məclislərini xatırladacaq.

🕵️‍♀️ Əfsanəvi “Mafiya” oyunu
1920-ci illərin Bakısına — qanqsterlərin, cazibədar xanımların və milyonçuların şəhərinə xoş gəlmisiniz! Maskanın arxasında kimin gizləndiyini tapa biləcəksinizmi?

🎭 İnteraktiv detektiv tamaşa
Axşamın finalında gözlərinizin qarşısında bir cinayət baş verəcək. Qonaqlardan biri... desertə qədər sağ qalmayacaq. Cinayətin üstünü açmaq isə sizin öhdənizə düşəcək. Sizi şübhəli qonaqlar, intriqa və gözlənilməz final gözləyir.

Azərbaycan Milli İncəsənət Muzeyi "Azərbaycan Milli İncəsənət Muzeyi"

Keçiriləcəyi yer

Azərbaycan Milli İncəsənət Muzeyi