image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
CÜDO ÜZRƏ BÖYÜKLƏR ARASINDA DÜNYA ÇEMPİONATI 2026

CÜDO ÜZRƏ BÖYÜKLƏR ARASINDA DÜNYA ÇEMPİONATI 2026

İdman
  • Milli Gimnastika Arenası
  • 04 okt 2026 - 11 okt 2026

4–11 oktyabr 2026-cı il tarixlərində Bakı şəhərində cüdo üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək. Dünyanın ən güclü cüdoçularının mübarizə aparacağı mundial Milli Gimnastika Arenasında təşkil olunacaq.

Kişilər və qadınlar arasında keçiriləcək dünya çempionatı 8 gün davam edəcək. Dünyanın müxtəlif ölkələrindən gələcək nüfuzlu cüdoçular medallar, dünya reytinq xalları və Los-Anceles 2028 Olimpiya Oyunlarına aparan reytinq mövqeləri uğrunda tatamiyə çıxacaqlar.

Çempionatda dünyanın aparıcı cüdoçuları – Balabəy Ağayev (Azərbaycan), Əhməd Yusifov (Azərbaycan), Ayub Bliyev (Rusiya), Ryuju Naqayama (Yaponiya), Luka Mxeidze (Fransa), Giorgi Sardalaşvili (Gürcüstan), Hifumi Abe (Yaponiya), Takeşi Takeoka (Yaponiya), Murad Çopanov (Rusiya), Yeldos Smetov (Qazaxıstan), Ruslan Paşayev (Azərbaycan), Joan-Benjamin Gaba (Fransa), Danil Lavrentev (Rusiya), Laşa Şavdatuaşvili (Gürcüstan), Tatsuki İşihara (Yaponiya), Hidayət Heydərov (Azərbaycan), Yuhei Oino (Yaponiya), Timur Arbuzov (Rusiya), Zelim Tçkayev (Azərbaycan), Somon Maxmadbekov (Tacikistan), Tato Qriqalaşvili (Gürcüstan), Sanşiro Murao (Yaponiya), Laşa Bekauri (Gürcüstan), Luka Maisuradze (Gürcüstan), Zelim Kotsoyev (Azərbaycan), Dota Arai (Yaponiya), İnal Tasoyev (Rusiya), Teddi Riner (Fransa), Lukaş Krpalek (Çexiya), İlya Sulamanidze (Gürcüstan), Tara Babulfath (İsveç), Şirin Bukli (Fransa), Vakana Koqa (Yaponiya), Uta Abe (Yaponiya), Distria Krasniqi (Kosovo), Momo Tamaoki (Yaponiya), Sara-Leoni Sizik (Fransa), Eteri Liparteliani (Gürcüstan), Rafaela Silva (Braziliya), Haruka Kaju (Yaponiya), Şiho Tanaka (Yaponiya), Alis Bellandi (İtaliya), Anna-Monta Olek (Almaniya) və Roman Dikko (Fransa) kimi tanınmış idmançıların iştirakı gözlənilir.

Yarış proqramı

Fərdi yarışlar 4–10 oktyabrda keçiriləcək. 11 oktyabrda isə qarışıq komanda yarışları baş tutacaq. 5 oktyabrda çempionatın açılış mərasimi keçiriləcək. Açılış mərasimində xüsusi şou proqramının təşkili nəzərdə tutulur.

4 oktyabr
Kişilər: -60 kq
Qadınlar: -48 kq

5 oktyabr
Kişilər: -66 kq
Qadınlar: -52 kq

6 oktyabr
Kişilər: -73 kq
Qadınlar: -57 kq

7 oktyabr
Kişilər: -81 kq
Qadınlar: -63 kq

8 oktyabr
Kişilər: -90 kq
Qadınlar: -70 kq

9 oktyabr
Kişilər: -100 kq
Qadınlar: -78 kq

10 oktyabr
Kişilər: +100 kq
Qadınlar: +78 kq

11 oktyabr
Qarışıq komanda yarışları

Dünyanın ən yaxşı cüdoçularının həlledici mübarizələrini canlı izləmək və unudulmaz idman atmosferini yaşamaq üçün bu fürsəti qaçırmayın.