Fransızsayağı qarnir

Fransızsayağı qarnir

Tamaşa
  • Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
  • 27 noy 2026 - 27 noy 2026


Mark Kamolettinin “Fransızsayağı qarnir” iki hissəli musiqili lirik komediyası

 Ağlasığmaz sevgi oyunlarından bəhs edən tamaşanın süjet xətti gözlənilməz və maraqlı hadisələrlə zəngindir.

Musiqili Teatrının rus bölməsinin aktyorlarının ifasında 2011-ci ildən oynanılan bu komediya tamaşaçılar tərəfindən hər zaman böyük maraq və sevgi ilə qarşılanır.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu-rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru Əməkdar artist Boris Qrafkin, quruluşçu-rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova quruluşçu-baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlərdir.

Rollarda:

 Bernard – Rauf Babayev

Jaklin – Eleonora Mustafayeva, Valeriya İsgəndərova

Robert – Emil Heydərov

Suzetta – Svetlana Bulax (Əməkdar artist)

Suzanna – Yuliya Heydərova

Corc – Firus Məmmədov, Əliməmməd Novruzov

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Azərbaycan Dövlət Akademik Musiqili Teatrı"

Keçiriləcəyi yer

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı