Azərbaycanda Unikal Platforma: HR Global Forum 3
Seminar- Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
- 26 iyl 2026 - 26 iyl 2026
Azərbaycanda Unikal Platforma: HR Global Forum 3
Dünyaca Məşhur HR Ekspertləri Bir Arada!
Karyerasında növbəti səviyyəyə yüksəlmək, beynəlxalq imkanlar əldə etmək və gələcəyin HR dünyasında ön sırada yer almaq istəyənlər üçün ilin ən gözlənilən platforması.
Süni intellektin, rəqəmsal transformasiyanın və dəyişən iş dünyasının təsiri ilə İnsan Resursları sahəsi tarixinin ən böyük transformasiya dövrünə daxil olur.
Bu yeni dövrdə uğur qazanmaq istəyən peşəkarlar üçün bilik, əlaqə və beynəlxalq təcrübə əvvəlkindən daha vacibdir.
HR Global Forum 3 məhz bu məqsədlə təşkil olunur.
26 iyul 2026-cı il tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı məkanında keçiriləcək forum dünyanın müxtəlif ölkələrindən HR ekspertlərini, biznes liderlərini, kouçları və korporativ idarəetmə mütəxəssislərini eyni platformada bir araya gətirəcək.
Forum çərçivəsində iştirakçılar HR sahəsində qlobal tendensiyalar, süni intellektin İnsan Resurslarına təsiri, iş dünyasının gələcəyi, liderlik, istedadların idarə olunması və təşkilati inkişaf istiqamətləri üzrə ən aktual bilik və təcrübələrlə tanış olmaq imkanı əldə edəcəklər.
Forumun əsas mövzuları:
🔹 Süni İntellekt və İnsan Resurslarının Gələcəyi
🔹 AI əsaslı işə qəbul və istedadların seçilməsi sistemləri
🔹 İnsan Resurslarında rəqəmsal transformasiya və avtomatlaşdırma
🔹 Yüksək performanslı komandaların formalaşdırılması
🔹 İşçi təcrübəsi və korporativ mədəniyyətin inkişafı
🔹 Gələcəyin liderləri və yeni nəsil əməkdaşların idarə olunması
İştirakçılara təqdim olunacaq beynəlxalq üstünlüklər:
🇬🇧UK akkreditasiyalı HR üzrə Beynəlxalq Diplom
🌐ICF tərəfindən təsdiq edilmiş və MCC Fatih Elibol tərəfindən təqdim olunacaq 7 saatlıq CCE Sertifikatı
🪪Beynəlxalq təşkilatın rəsmi üzvlük kartı
Bu forum kimlər üçündür?
🧠 İnsan Resursları sahəsində çalışan mütəxəssislər, HR menecerləri və HR rəhbərləri
🧠 Şirkətlərdə komanda idarə edən rəhbərlər və sahibkarlar
🧠 İnsan kapitalının idarə olunması sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər
🧠 Karyerasında yeni istiqamət müəyyənləşdirmək və peşəkar inkişafını sürətləndirmək istəyənlər
🧠Müasir HR alətlərini, süni intellekt texnologiyalarını və beynəlxalq təcrübələri öyrənmək istəyən şəxslər
🧠 Universitet tələbələri və yeni məzunlar
🧠 İxtisasından, təhsilindən və hazırda çalışdığı peşədən asılı olmayaraq gələcəyini İnsan Resursları sahəsində qurmaq, HR üzrə peşəkar bilik və bacarıqlar əldə etmək istəyən hər kəs
⭐ HR Global Forum 3-də iştirak etmək üçün İnsan Resursları sahəsində çalışmağınız tələb olunmur. Bu sahəyə maraq göstərən, HR üzrə karyera qurmaq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs forumda iştirak edə bilər.
Gələcəyin HR liderləri arasında yerinizi indi təmin edin!
HR Global Forum 3 — gələcəyin iş dünyasını formalaşdıracaq peşəkarların görüş nöqtəsi
Keçiriləcəyi yer
Azərbaycan Dövlət Akademik Musiqili TeatrıDigər tədbirlər
-
Dil daşıyıcısı ilə danışıq dərsləri (IELTS mövzuları üzrə) Language and Business Services Direct
18 iyl 2026 - 25 iyl 2026 13:00 -
Gənc Lider və Diplomatların Yetişdirilməsi Beynəlxalq Platforması 2026 Dreamland Golf Academy
19 iyl 2026 - 19 iyl 2026 18:30 -
“Qadın xoşbəxtliyinin sirləri” seminarı Nizami Kino Mərkəzi
25 iyl 2026 - 25 iyl 2026 14:00