Əli və Nino – premyera

Əli və Nino – premyera

Tamaşa
  • Gəncə Dövlət Milli Dram Teatrı
  • 13 noy 2026 - 27 noy 2026

“Əli və Nino”  

Yaş reytinqi: 18+

Müəllif:  V.  Reznikova

Quruluşçu rejissor:  Abdulla Elşadlı

Rollarda:  Novruz Cəfərov (əməkdar artist), Ramiz Vəliyev (əməkdar artist), Salamulla İsmayılov (əməkdar artist), Ruslan Hüseynov, Şahmar Məmmədov,  Nəzrin Səfərova, Zülfiyyə Əliyeva, Akif Səfərov, Vasif  İsmayılov, Abdulla İsmailov, Ramal Mansırlı, Ümid Hüseynov, Elvin Alnağıyev, Zeynəb Abdullayeva, Günel Hacıyeva, Aysu Kəngərli, Mayan Hüseynova

Janr:  sevgi haqqında film-tamaşa

Tamaşanın müddəti: 2 saat 15 dəq

Tamaşanın başlanma vaxtı: 19:00

Qurban  Səidin “Əli və Nino” romanı XX əsrin əvvəllərində Bakının mürəkkəb  ictimai-siyasi  və  mədəni  mühitində  baş  verən  hadisələr  fonunda  Əli xan Şirvanşir və gürcü qızı Nino Kipianinin böyük və sınaqlardan keçən məhəbbətindən  bəhs  edir.  Şərq  və  Qərb  dünyagörüşünün,  milli  və  dini  dəyərlərin  qarşılaşması  əsərin  əsas  ideya  xəttini  təşkil  edir.Romanın hadisələri Birinci Dünya müharibəsi, Azərbaycan Xalq Cümhuriyyətinin  yaranması  və Bakının  siyasi  hadisələri  fonunda  inkişaf  edir. Əli və Nino arasındakı sevgi yalnız şəxsi münasibət deyil, həm də müxtəlif mədəniyyətlərin  bir-birini  anlama  və  qəbul  etmə  axtarışının  simvoluna  çevrilir. “Əli  və  Nino”  sevgi,  vətən,  milli  kimlik,  azadlıq  və  insanın  mənəvi  seçimi kimi  mövzuları  özündə  birləşdirən,  Azərbaycan  ədəbiyyatının  dünya  miqyasında tanınmasına  töhfə  vermis  əsərlərdən  biri  kimi  qiymətləndirilir.

 

 

Gəncə Dövlət Milli Dram Teatrı "Gəncə Dövlət Milli Dram Teatrı"