Dastan gecəsi
Konsert- Beynəlxalq Muğam Mərkəzi
- 25 dek 2026 - 25 dek 2026
“Sazın səsi, Sözün nəfəsi” Beynəlxalq Muğam Mərkəzinin aşıq yaradıcılığına həsr olunmuş və böyük tamaşaçı rəğbəti qazanmış layihələrindən biridir. Layihə çərçivəsində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrinin yaradıcılığına müraciət olunur, sazın və sözün vəhdətində milli musiqi irsimizin zəngin ənənələri təqdim edilir.
Aşıq sənətinin yaradıcılıq kamilliyini göstərən tərəflərindən biri də dastan yaradıcılığıdır. Əsrlərdən bəri Azərbaycan aşıq sənətində zəngin ənənələrə malik olan dastançılıq mədəniyyəti formalaşmışdır. "Oğuznamə", "boy", "nağıl", "qissə" və s. adlar altında ayrı-ayrı dövrlərdə intişar tapmış dastan janrı çoxəsrlik tarixə malikdir. Dastan çoxhissəli ədəbi – musiqi əsəridir. Dastanın məzmunu nağıl şəklində ifadə olunur, qəhrəmanların monoloqları mahnı epizodları ilə verilir.