Şam İşığında Film musiqiləri axşamı.Hans Zimmer, Ludovico Einaudi & Ennio Morricone. Candlelight Baku
Konsert- Kamera və orqan musiqisi zalı
- 27 noy 2026 - 27 noy 2026
Londondan Parisə, Nyu-Yorkdan İstanbula – dünyanın dörd bir yanında tarixi tikililərdə milyonlarla insanın heyranlıqla izlədiyi şam işığında konsertləri artıq Bakıda! 🌎
⭐Candlelight Baku LTD — Azərbaycanın ilk Şam İşığı Konsertləri layihəsidir.
🕯️2.500 şamın əhatəsində, XX əsrin əvvəllərində neoqotika üslubunda inşa edilmiş, yüzillik tarixi olan möhtəşəm kilsənin — Kamera və Orqan Musiqisi Zalının ecazkar atmosferində Şam işığında Film Musiqiləri Axşamı.
27 noyabr dünya kino və müasir klassik musiqisinin ən görkəmli bəstəkarları Hans Zimmer, Ludovico Einaudi,Ennio Morricone və bir sıra bəstəkarlara həsr olunmuş şam işığı konserti Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan musiqisi zalında baş tutacaq.
Bu unudulmaz musiqi təcrübəsinin bir parçası olun və yerinizi öncədən alın. Şam işığında musiqinin sehrini canlı yaşamaq fürsətini qaçırmayın.
🕯️ Müddət: 60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır — vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur)
♿ Əlçatanlıq: Məkan əlil arabası üçün uyğundur
Qeyd 1. Candlelight Ensemble – Bakının ilk yerli şam işığı konsertləri layihəsi - Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış, fortepiano, zərb aləti və genişləndirilmiş simli tərkibdən ibarət (violin, viola, violonçel,kontrabas) seçilmiş musiqi ansamblıdır. Kollektiv beynəlxalq və respublika müsabiqələrinin laureatları və Əməkdar Artistlərin iştirakı ilə yüksək peşəkarlığı təmsil edir. Ansamblın zərif səslənməsi və yüksək səhnə mədəniyyəti hər ifanı minlərlə şam işığı fonunda unudulmaz bir musiqi təcrübəsinə çevirir.