image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Payız Festival

Payız Festival

Konsert
  • Qalacıq İstirahət Guşəsi
  • 10 okt 2026 - 11 okt 2026

🍁 PAYIZ FESTİVALI — QALACIQ, İSMAYILLI 🍁

Dağların ətəyində, payızın rəngləri və təbiətin möhtəşəm atmosferi ilə əhatə olunmuş Qalacıqda payıza “xoş gəldin” deyirik! 🏔️🍂

Musiqinin, işıqların, rəqslərin və təbiətin bir araya gəldiyi unudulmaz festival gecəsi sizi gözləyir. ✨🎶

🎧 DJ-LƏR

DJ Nicolas Mun DJ Hun DJ Reed Russell

💫 FESTİVALDA SİZİ GÖZLƏYİR:

💃 Rəqs şouları
✨ İşıq və vizual şoular
🎨 Face Art — ödənişli
☕ İsti içkilər və yemək zonaları — ödənişli
🍹 Alkoqollu və alkoqolsuz içkilər — ödənişli
🎶 DJ performansları və gecə boyu musiqi
🌲 Dağların ətəyində unikal payız atmosferi

❗️ QONAQLAR ÜÇÜN VACİB MƏLUMAT

🚫 Festival ərazisinə kənardan yemək və içki gətirmək qadağandır.

🚍 TRANSFER QAYDALARI:

Avtobusa spirtli içkilərin gətirilməsi qəti qadağandır. Bakı–İsmayıllı yolu üçün özünüzlə yemək və alkoqolsuz içkilər götürə bilərsiniz. Yol boyu avtobusda spirtli içkilərin istifadəsinə icazə verilmir. Festival ərazisində isti yeməklər, isti içkilər, alkoqollu və alkoqolsuz içkilər ödənişli zonalarda təqdim olunacaq.

⚠️ Festival qaydalarına riayət etməyinizi və digər qonaqların rahatlığını nəzərə almağınızı xahiş edirik.

📍 Qalacıq, İsmayıllı
📆 10 oktyabr 2026
🕔 17:00–01:00

🚍 TRANSFER QRAFİKİ:

12:00 — Bakı → İsmayıllı 00:30 — İsmayıllı → Bakı

❗️ Transfer xidməti yalnız transfer daxil olan biletlərə aiddir.

🧣 HAVA ŞƏRAİTİ

Festival açıq havada keçiriləcəyi üçün soyuq və yağışlı hava ehtimalını nəzərə almağınız xahiş olunur. İsti geyim və hava şəraitinə uyğun rahat ayaqqabı geyinməyiniz tövsiyə edilir. Tədbirdən bir gün əvvəl hava proqnozunu yenidən yoxlamağı unutmayın.

⚠️ Təhlükəsizlik səbəbilə transfer marşrutunda və qrafikində dəyişikliklər edilə bilər.

🍂 Payızın unudulmaz günlərindən birini dağların qoynunda, musiqi və dostlarınla keçirməyə hazırsansa, Qalacıqda görüşürük!

PAYIZ FESTİVALI — payızın rəngləri, musiqinin sehri və gecənin enerjisi. 🧡🎶

"Qalacıq İstirahət Guşəsi"