image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri

GabalaFest
  • Qafqaz Resort Amfiteatrı
  • 03 avq 2026 - 03 avq 2026

GabalaFest 29 iyul – 3 avqust tarixlərində Qəbələdə musiqi, incəsənət və mədəniyyəti bir araya gətirir.

Altı gün ərzində festival qonaqlarını zəngin proqram gözləyir: uşaqlar və böyüklər üçün ödənişsiz master-klasslar, rəsm sərgisi, yarmarkalar, qastronomiya məkanları, müxtəlif yaradıcılıq fəaliyyətləri və açıq səma altında möhtəşəm konsertlər.
Festivalın hər günü musiqi, incəsənət və ilham dolu anlarla yadda qalacaq. Festivalın möhtəşəm finalı isə avqustun 3-də keçiriləcək böyük konsert olacaq.

Bu yay musiqinin, incəsənətin və mədəniyyətin canlandığı Qəbələdə görüşənədək!

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının Təntənəli Bağlanışı

Festivalın təntənəli bağlanış konserti Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə keçiriləcək. Axşam klassik musiqinin parlaq əsərləri ilə yadda qalacaq.

Baş dirijor:
Azərbaycan Respublikasının Əməkdar artisti  Fuad İbrahimov

Solistlər:
Azərbaycan Respublikasının Xalq artistləri
Azər Zeynalov (tenor)
Samir Cəfərov (tenor)
Azərbaycan Respublikasının Əməkdar artisti  Elnarə Məmmədova (soprano)
Lalə Mürşüdlü (soprano)
Zərifə Alxazova (violin)
Nəcəf Vəliyev (trumpet)

"Qafqaz Resort Amfiteatrı"