Bəhruz Zeynalov 100

Bəhruz Zeynalov 100

Konsert
  • Beynəlxalq Muğam Mərkəzi
  • 18 noy 2026 - 18 noy 2026

Beynəlxalq Muğam Mərkəzində unudulmaz balaban ifaçısı, Əməkdar artist Bəhruz Zeynalovun 100 illik yubileyinə həsr olunmuş gecə keçiriləcək.
Tədbirdə tanınmış nəfəs alətləri ifaçıları və xanəndələr çıxış edərək sənətkarın əziz xatirəsini yad edəcək, Azərbaycan milli musiqisinin zəngin ənənələrini yaşadan musiqi nümunələri təqdim edəcəklər.

İştirak edirlər

Xalq artisti Teyyub Aslanov - xanəndə 
Əməkdar artsit Akif Qürbətov  - klarnet  
Əməkdar artist Şirzad Fətəliyev – balaban 
Əməkdar artist Zakir Mirzəyev – qarmon 
Əməkdar artist İlham Nəcəfov – balaban  
Hakim Abdullayev – klarnet 
Rafael Əsgərov  - balaban 
Orxan  Musayev – klarnet  
Məmməd Nəcəfov – xanəndə 
İlham Heydərov  – balaban

Beynəlxalq Muğam Mərkəzi "Beynəlxalq Muğam Mərkəzi"