Baku Comic Con EXPO 2026
Konsert- Baku Expo Center
- 13 sen 2026 - 13 sen 2026
Baku Film & Comic Con 2026 Qafqazın ən böyük pop-mədəniyyət festivalıdır və film, serial, anime, komiks, video oyunları və kospley sevərlərini bir araya gətirir.
13 sentyabr 2026-cı il tarixində Bakı Ekspo Mərkəzi minlərlə pop-mədəniyyət həvəskarını bir araya gətirəcək. Qonaqları beynəlxalq ulduzlar, tematik stendlər, möhtəşəm şoular, müsabiqələr, oyun zonaları və hər yaşdan olan ziyarətçilər üçün əyləncələr gözləyir.
Tədbir Azerbaijan Cosplay Festivals peşakar komandası tərəfindən təşkil olunur. Komanda 2019-cu ildən etibarən Azərbaycanda ən böyük pop-mədəniyyət festivallarını keçirir.
Festivalın əsas qonağı Stranger Things və Game of Thrones seriallarındakı məşhur rolları ilə tanınan dünya şöhrətli beynəlxalq aktyor olacaq. O, eksklüziv səhnə panelində və açıq Q&A sessiyasında iştirak edərək çəkilişlərdən maraqlı xatirələrini bölüşəcək və tamaşaçıların suallarını cavablandıracaq.
Festivalda sizi gözləyir:
Aktyorla görüş, avtoqraf və birgə foto; Beynəlxalq kosply qonaqları ilə görüş, avtoqraf və birgə foto; Beynəlxalq qonaqlarla eksklüziv Meet & Greet görüşləri; Kospley müsabiqəsinin ən yaxşı çıxışları; Həvəskar Kospley Müsabiqəsində iştirak; Aktyorun Q&A sessiyası, səhnə şouları, K-pop çıxışları və digər proqramlar; Rəssamlar, bloqerlər, kontent yaradıcıları və kreativ sənaye nümayəndələri ilə görüş; Sevimli film, serial, anime, komiks və video oyunlara aid eksklüziv məhsullar; Oyun zonası və müxtəlif əyləncələr; Tematik fotozonalarda yaddaqalan şəkillər; Pulsuz ustad dərsləri, tərəfdaşların fəaliyyətləri və digər interaktiv zonalar; Fudkort zonasında yemək və içkilər; Pop-mədəniyyət atmosferində unudulmaz bir gün.Festival proqramı daim yenilənir. Yeni beynəlxalq qonaqlar, fəaliyyətlər və elanlar təsdiqləndikcə bu səhifəyə əlavə olunacaq.
BİLETLƏR
EARLY BIRD
Xüsusi qiymətlə giriş bileti — 30 AZN. Early Bird biletlərinin sayı məhduddur. Onlar bitdikdən sonra Standard biletləri 40 AZN qiyməti ilə satışa çıxarılacaq.
Biletə daxildir:
Festivala giriş; Əsas səhnə, oyun zonası, fudkort, yarmarka, tərəfdaş stendləri, fotozonalar və digər bütün fəaliyyət sahələrinə giriş; Aktyorun açıq səhnə paneli və Q&A sessiyasında iştirak; Kosply müsabiqələri, K-pop çıxışları və bütün səhnə proqramına giriş.Vacib: Foto və avtoqraf sessiyaları ayrıca əldə edilir. VIP Meet & Greet görüşündə iştirak etmək istəyirsinizsə, VIP Experience kateqoriyalı bileti seçin.
VIP EXPERIENCE
Aktyorun pərəstişkarları üçün hazırlanmış eksklüziv VIP paket. Yerlərin sayı məhduddur.
VIP EXPERIENCE paketinə daxildir:
SELFIE + AUTOGRAPH PACKAGE
Tom Wlaschiha ilə öz mobil cihazınızla bir selfi çəkdirin və şəxsi əşyanızda və ya təşkilatçılar tərəfindən təqdim olunan festivalın rəsmi posterində bir şəxsi avtoqraf əldə edin.
Vacib: Bu paketdən istifadə etmək üçün festivalın giriş biletini ayrıca əldə etmək tələb olunur.
Tədbirin proqramı
Ətraflı proqram tədbirə bir neçə gün qalmış bu səhifədə dərc olunacaq.
Proqramdakı bütün yeniliklər, səhnə çıxışları, foto və avtoqraf sessiyaları, müsabiqələr və digər fəaliyyətlər haqqında məlumatlar həm bu səhifədə, həm də Baku Film & Comic Con-un rəsmi Instagram hesabında paylaşılacaq.