image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Be My Guest

Be My Guest

Digər
  • Be My Guest
  • 12 sen 2026 - 12 sen 2026

“Be My Guest” geniş auditoriya üçün nəzərdə tutulmuş intellektual-əyləncəli kviz oyunudur.

İştirakçıları 7 tur və müxtəlif formatlarda hazırlanmış 40 sual gözləyir. Şüarımız: “Daha az fakt, daha çox məntiq və lap çox xoş əhval!”

Suallar iştirakçıların baza biliklərini, diqqətini və qeyri-standart düşünmə qabiliyyətini sınamaq üçün hazırlanıb. Oyunda şəkilli tapşırıqlar yer alacaq, gələcək oyunlarda isə səsli və musiqili suallar da təqdim oluna bilər. İlk oyunda səsli və musiqili suallar nəzərdə tutulmayıb. Həmçinin “Kim milyonçu olmaq istəyir?”, “Yüzdən birə”, “Məntiq haradadır?” və “Nə? Harada? Nə zaman?” kimi məşhur televiziya proqramlarına istinadlarla qarşılaşacaqsınız.

Turdan və sualın çətinlik səviyyəsindən asılı olaraq, hər düzgün cavaba görə 10-dan 120-dək xal qazanmaq mümkündür. Hər növbəti turda qazanıla biləcək xalların sayı artır.

Bizim oyunumuzda məğlub yoxdur: siz ya qalib gəlirsiniz, ya da yeni biliklər, bacarıqlar və xoş əhval qazanırsınız!

Oyunun müddəti: 1 saat 30 dəqiqə.