Gözəl və Bədheybət. Teatral Tamaşa
Uşaqlar- Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı
- 25 apr 2026 - 25 apr 2026
Pis xarakterinə görə bir şahzadə qorxunc bir canavara çevrilir. Bəs görəsən, mərhəmətli və cəsarətli qız – Bell onun ürəyindəki buzu əritməyi və lənəti qırmağı bacaracaqmı?
Sehrli nağıl əsasında hazırlanan bu interaktiv musiqili tamaşa balaca tamaşaçılarımızı sevgi, ümid və möcüzələrlə dolu bir dünyaya dəvət edir.
Sizi unudulmaz personajlar, mahnılar, rəqslər və səhnədə baş verən sehrli anlar gözləyir!