BeL Suono: Üç royal şousu — bizim 15 ilimiz
Konsert- Heydər Əliyev Mərkəzi
- 17 fev 2027 - 17 fev 2027
Bel Suono – Rusiyada yaradılmış və üç royal üçün hazırlanmış səhnə proqramları ilə tanınan fortepiano triosudur. Bu kollektiv mütərəqqi klassik krossover janrında çıxış edən dünyada yeganə fortepiano triosudur. Layihənin yaradıcısı, prodüseri və bədii konsepsiyasının müəllifi Leyla Fattahovadır. Hazırkı heyətdə Moskva Konservatoriyasının məzunları Kirill Quşşin, Anton Mosenkov və Nikita Xabin çıxış edir. Musiqiçilər beynəlxalq müsabiqələrin laureatları olmaqla yanaşı, bəstəkar və improvizator kimi də layihənin repertuarında iştirak edirlər. Bel Suono klassik musiqini rok ritmləri, elektron səslənmə, caz improvizasiyası və estrada elementləri ilə birləşdirərək “proqressiv klassika” adlandırdığı istiqaməti inkişaf etdirib. Üç royalın eyni anda həm solo, həm ritmik, həm də orkestr funksiyası daşıması Bel Suononun vizual və musiqi üslubunu digər krossover layihələrindən fərqləndirir. “Bel Suono”nun repertuarı klassik və müasir musiqinin ən yaxşı nümunələrindən ibarətdir. Musiqiçilər Vivaldi və Baxdan Çaykovskiyə qədər dünya klassik musiqisinin şah əsərlərini müasir ritmlərlə sintez edir, eyni zamanda öz bəstələrini ifa edirlər.
Kollektivin YouTube-dakı videoçarxları bütün dünyada milyonlarla baxış sayı toplayır.
Kollektiv bir sıra nüfuzlu konsert məkanlarında geniş auditoriya qarşısında çıxış edir, müxtəlif ölkələrdə fəal qastrol fəaliyyəti göstərir.
2026-cı ildə “Bel Suono” öz 15 illiyini möhtəşəm yubiley turnesi ilə qeyd edir.
Heydər Əliyev Mərkəzindəki yubiley proqramında “Bel Suono” tarixinin kvintessensiyası (bütün mahiyyəti) olacaq. Proqrama solistlərin müəllif əsərlərindən, klassik şah əsərlərin yeni versiyalarından, dünya və sovet kinematoqrafiyasının saundtreklərindən tutmuş dünya pop və rok klassikasının gözlənilməz interpretasiyalarına qədər yeni musiqi əsərləri daxil ediləcək.