Buray
Konsert- Heydər Əliyev Sarayı
- 10 dek 2026 - 10 dek 2026
Türk pop musiqisinin sevilən ifaçısı Buray, tamaşaçıların çoxsaylı istəyi ilə bir ildən sonra yenidən Bakı səhnəsinə qayıdır.
10 dekabr 2026-cı il tarixində Heydər Əliyev Sarayında baş tutacaq möhtəşəm konsertdə Buray sevənlərinə unudulmaz musiqi axşamı bəxş edəcək.
2025-ci ildə Bakıda keçirilən və böyük maraqla qarşılanan konsertdən sonra sənətçinin yenidən Azərbaycanda çıxış etməsi üçün minlərlə musiqisevər tərəfindən müraciətlər edilib. Məhz tamaşaçıların bu böyük sevgisi və çoxsaylı istəkləri nəticəsində Buray yenidən Bakı tamaşaçısı ilə görüşəcək.
Səmimi ifası, güclü canlı performansı və milyonlarla dinlənmə sayı qazanan hit mahnıları ilə tanınan sənətçi bu dəfə də repertuarının ən sevilən əsərlərini səsləndirəcək. "Aşk Mı Lazım", "İstersen", "Mecnun", "Tac Mahal" və digər məşhur mahnılar konsert proqramında yer alacaq.
Müasir səhnə quruluşu, xüsusi işıqlandırma və vizual effektlərlə müşayiət olunacaq bu gecə Burayın romantik və enerjili musiqisini canlı dinləmək istəyən hər kəs üçün unudulmaz təcrübə vəd edir.
Musiqi, duyğu və yüksək enerji dolu bu konsert ilin ən yaddaqalan tədbirlərindən biri olmağa namizəddir.
Keçiriləcəyi yer
Heydər Əliyev SarayıDigər tədbirlər
-
Leyla Noir və musiqi qrupu — Etno-caz Beynəlxalq Muğam Mərkəzi
12 noy 2026 - 12 noy 2026 19:00 -
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Azərbaycan Dövlət Akademik Filarmoniyası
12 noy 2026 - 12 noy 2026 19:00 -
Şam İşığında Vals axşamı. Klassik Musiqi Axşamı.Candlelight Baku Kamera və orqan musiqisi zalı
12 noy 2026 - 12 noy 2026 19:00