Açıq Havada Retro Axşamı. Şam işığında konsert. Candlelight
Tamamlandı- Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalı
- 11 iyl 2026 - 02 avq 2026
Candlelight Baku – Azərbaycanın ilk Şam İşığı Konsertləri layihəsidir.
Londondan Parisə, Nyu-Yorkdan İstanbula — dünyanın dörd bir yanında tarixi tikililərdə milyonlarla insanı heyran edən şam işığı konsertləri artıq Bakıdadır. 🌍
2 avqust tarixində AÇIQ HAVADA - Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalında Azərbaycan musiqisinin qızıl dövrünə həsr olunmuş xüsusi retro axşam keçiriləcək. “Retro Band”-in ifasında, minlərlə şam işığının zərif atmosferində bu gecə sizə unudulmaz bir musiqi təcrübəsi vəd edir.
Proqramda Azərbaycan estradasının və vokal ənənəsinin sevimli əsərləri retro ruhunda, yeni və emosional çalarlarda səslənəcək. Tanış melodiyalar sizi nostalji hisslərlə dolu bir musiqi səyahətinə aparacaq.
Retro Band — Candlelight Baku tərəfindən xüsusi olaraq formalaşdırılmış ansambl olub bir qrup vokalist və instrumental tərkibdən ibarətdir. Tərkibdə piano, tar, kamança və zərb alətləri yer alır. Zəngin səhnə təcrübəsi və canlı ifa üslubu ilə retro repertuarı müasir Candlelight atmosferində yenidən canlandırır.
🕯️ Müddət: 60 dəqiqə (Qapılar 15 dəqiqə öncədən açılır — vaxtında gəlib yerinizi tutmağınız xahiş olunur)
♿ Əlçatanlıq: Məkan əlil arabası üçün uyğundur
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.
Keçirilmə yeri
Azərbaycan Dövlət Akademik Filarmoniyasının yay zalıDigər tədbirlər
-
III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənc səslər — gənclərə dəstək” adlı konsert Fidan Hacıyevanın vokal musiqi məktəbi
20 sen 2026 - 20 sen 2026 19:00 -
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı “QR- tett” simli kvarteti Beynəlxalq Muğam Mərkəzi
21 sen 2026 - 21 sen 2026 19:00 -
Muğamat axşamı Beynəlxalq Muğam Mərkəzi
23 sen 2026 - 23 sen 2026 19:00