Çinarə Məlikzadə "Olmayanım" - GƏNCƏ

Çinarə Məlikzadə "Olmayanım" - GƏNCƏ

Konsert
  • Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası
  • 05 dek 2026 - 05 dek 2026

Çinarə Məlikzadə — “OLMAYANIM”

5 dekabr 2026-cı il tarixində Gəncə Dövlət Filarmoniyasında sevilən sənətçi Çinarə Məlikzadənin “Olmayanım” adlı solo konsert proqramı baş tutacaq.

Azərbaycan səhnəsinin özünəməxsus səs tembri və ifa tərzi ilə seçilən sənətçisi Çinarə Məlikzadə daha əvvəl Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Gəncə Dövlət Filarmoniyası   kimi nüfuzlu səhnələrdə, eləcə də Türkiyənin müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış edib.

“Olmayanım” sənətçinin Gəncə Dövlət Filarmoniyasında artıq ikinci solo konsertidir. Konsert proqramında Çinarə Məlikzadənin sevilən mahnıları, hitləri və tamaşaçılara xüsusi anlar yaşadacaq yeni ifaları təqdim olunacaq.

Gecə boyunca Çinarə Məlikzadənin özünəməxsus ifaları ilə musiqi dolu bir axşam sizi gözləyir.

 

Bu gecənin hekayəsində sizin də yeriniz olsun.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası "Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası"

Keçiriləcəyi yer

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası