Xor sənəti XXI əsrdə
Konsert- Beynəlxalq Muğam Mərkəzi
- 09 dek 2026 - 09 dek 2026
Cahangir Cahangirov adına Xor XXI əsr Azərbaycan bəstəkarlarının yaradıcılığını əks etdirən rəngarəng konsert proqramı ilə çıxış edəcək. Konsertdə müasir Azərbaycan musiqisinin müxtəlif üslub və istiqamətlərini təcəssüm etdirən xor əsərləri səsləndiriləcək. Proqram milli musiqi ənənələrinin müasir bəstəkarlıq təfəkkürü ilə vəhdətini nümayiş etdirəcək. İfaçılar dinləyiciləri Azərbaycan xor musiqisinin zənginliyi, bədii-estetik dəyəri və yeni yaradıcılıq axtarışları ilə tanış edəcəklər.