Zoluşka - Buz Şousu
Uşaqlar- Heydər Əliyev adına İdman Konsert Kompleksi
- 10 yan 2027 - 10 yan 2027
Yevgeni Plyuşenkonun Yeni il buz şousu — “Zoluşka”
10 yanvar tarixində Bakıda SEA BREEZE ilə birgə möhtəşəm Yeni il premyerası — “Pərilər səltənətində Zoluşka” adlı buz üzərində nağıl-şou keçiriləcək.
Şounun yaradıcıları tamaşaçılara nağıl səltənətinə tamamilə fərqli prizmadan baxmağı təklif edir. Burada ən inanılmaz möcüzələr baş verir: Çəkməli Pişik yaşayır, Yatan Gözəl əsrlik yuxusundadır, Su Pərisi sehrli gölün sularında üzür, 12 pəri isə sehrli ölkənin bütün dedi-qodularını müzakirə etmək üçün bir araya gəlir.
Xaç Anası Zoluşka ilə Şahzadənin qəlblərini əbədi olaraq birləşdirən böyük sevgi və zaman hekayəsini, eləcə də onların qarşılaşdığı sınaqları danışacaq.
Rollarda:
Kral — ikiqat Olimpiya çempionu (2006, 2014), ikiqat Olimpiya Oyunlarının gümüş medalçısı (2002, 2010) Yevgeni Plyuşenko
Sehrbaz — Aleksandr Plyuşenko
Zoluşka — Olimpiya çempionu (2014), Avropa çempionu (2014) Yuliya Lipnitskaya
Xaç Anası — Avropa çempionu (2020) Alena Kostornaya
Həmçinin şouda Dmitri Mixaylov, Georgi Kunitsa və “Angels of Plushenko” akademiyasının digər çempionları iştirak edəcəklər.
Parlaq xüsusi effektlər, sehrli dekorasiyalar və multimedia texnologiyaları bu nağıl şousunu bütün ailə üçün unudulmaz və möhtəşəm hadisəyə çevirəcək.