Aybəniz Haşımova və tələbələrinin konserti
Konsert- Beynəlxalq Muğam Mərkəzi
- 16 dek 2026 - 16 dek 2026
Qış Nağılı–Yeni il konserti!
16 dekabr tarixində Azərbaycanın görkəmli sənətkarı Aybəniz Haşımovanın iştirakı ilə, onun rəhbərlik etdiyi Sənət Akademiyasının və Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin istedadlı tələbələrinin iştirakı ilə möhtəşəm Yeni il konserti keçiriləcək.
Balaca istedadlarımız üçün xüsusi seçilmiş rəngarəng repertuar, sevilən Yeni il mahnıları, xarici dillərdə ifalar, musiqi və rəqslər bir araya gələrək əsl qış nağılı yaradacaq.
Bu konsert sadəcə musiqili proqram deyil, uşaqların sevincinin, istedadının və Yeni il möcüzəsinin səhnədə canlanması olacaq!
Sizi sehrli bir qış nağılına dəvət edirik!