Cinayət və Cəza
Tamaşa- İnstinkt Teatr
- 23 apr 2026 - 23 apr 2026
İNSTİNKT TEATRI TƏQDİM EDİR
Gənc tələbə Rodion Raskolnikov özünü “seçilmiş” hesab edərək mənəvi qanunları aşmağın mümkünlüyünə inanır və bir cinayət törədir. Lakin bu cinayət onu azadlığa deyil, daxili məhkəməyə sürükləyir. Qorxu, təkəbbür, günah və vicdan hissi Raskolnikovun şüurunda toqquşur. Tamaşa insanın Tanrıdan, cəmiyyətdən yox, ilk növbədə öz vicdanından qaça bilmədiyini göstərir.
“Bir insanın içindəki məhkəmə…”
Bədii rəhbər: Rəvan Hüseynzadə
Quruluşçu rejissor: Nurlan Ağayev