image
Bütün şəhərlər
  • Bütün şəhərlər
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Дом Бернарды Альбы

Дом Бернарды Альбы

Tamaşa
  • Akademik Rus Dram Teatrı
  • 26 apr 2026 - 28 iyn 2026


Federico García Lorca
“Bernarda Albanın evi”

Premyera: 25 və 26 aprel

Gülmək qadağan olan bir ev. Sevmək qadağan olan bir ev. Səkkiz illik matəmin təkcə keçmişi deyil, gələcəyi də basdırmalı olduğu bir ev.

Ərinin ölümündən sonra hökmran və sərt xarakterli Bernarda Alba beş qızını evə qapadır və ciddi matəm elan edir. Hündür divarların arxasında — isti ispan yayı, həyat və azadlıq var. İçəridə isə — sükut, qadağalar və “insanlar nə deyər?” qorxusu hökm sürür.

Amma gənclik susmağı bacarmır. İstəyə əmr etmək olmaz. Və bir gün bu evdə qarşısıalınmaz bir alov baş qaldıracaq...

Quruluşçu rejissor: Aleksandr Şarovski
Səhnə tərtibatı üzrə rəssam: Aleksandr Fyodorov
Kostyum üzrə rəssam: Olqa Abbasova
Musiqi tərtibatı: Vladimir Neverov
Xoreoqraf: Anar Mikayılov

Rollarda:

Bernarda Alba – Natalya Şarovskaya
Mariya Xosefa (Bernardanın anası) – Marina Litvinenko
Anqustias (böyük qız) – Olqa Arsentyeva
Maqdalena – Dilyara Nazarova
Ameliya – Sabina Məmmədova
Martirio – Syama Vəliyeva
Adela (ən kiçik qız) – Tamilla Abutalıbova
La Poncia (xidmətçi) – Mələk Abbaszadə
Pepe El Romano (Anqustiasın nişanlısı) – Anar Mikayılov

Tamaşanın müddəti: 1 saat 20 dəqiqə

"Akademik Rus Dram Teatrı"