Rəqs et, yoxsa donarsan

Rəqs et, yoxsa donarsan

Tamaşa
  • Gəncə Dövlət Milli Dram Teatrı
  • 14 noy 2026 - 21 noy 2026

“Rəqs et, yoxsa donarsan” 

Yaş reytinqi: 4+

Müəllif:  Anar Ərtoğrul Burcəliyev

Quruluşçu rejissor:  Elşad Əhmədov

Rollarda:  Zaur  Əhmədov, Ümid Hüseynov, Elnur  Abbasov, Aysu Kəngərli, Rauf Hüsenov, Mayan Hüseynova, Elmir Məmmədov, Ceyhun  Qurbanov

Janr:  musiqili nağıl tamaşa

Tamaşanın müddəti: 1 saat

Tamaşanın başlanma vaxtı: 12:00

“Rəqs et, yoxsa donarsan” — uşaqlar üçün nəzərdə tutulmuş musiqili-əyləncəli, interaktiv nağıl-tamaşadır. Əsərdə sehrli Rəqs Festivalına hazırlaşan rəngarəng  və  komik  obrazların  macəraları  təqdim  olunur.  Festival   zamanı  sehrli  rəqs  enerjisi  yoxa  çıxır  və  qəhrəmanlar   onu   birlikdə  axtarmağa başlayırlar. Özünə güvənməyən və hər şeyi “sonra edərəm” deyən Panda Po gözlənilmədən   böyük  rəqs  istedadını  kəşf  edir.  Lili,  Ağbala,  Cənab Ted,  Klop Kloun  və  əkiz aparıcılar  Qızıl  və  Qara  Bossun  iştirakı  ilə  hadisələr  yumor, musiqi, rəqs  və  uşaqların  birbaşa  iştirakı  ilə  inkişaf  edir. Tamaşanın  əsas  ideyası dostluq, birlik, özünəinam və hər bir insanın daxilində gizlənən istedadı kəşf etməsidir.  Əsər uşaqlara  “mən  bacarmaram”  düşüncəsindən  uzaq  olmağı,  bir-birinə dəstək göstərməyi, birlikdə hərəkət etməyin gücünü və həyatın sevincini aşılayır.  “Rəqs et, yoxsa donarsan ”  uşaqları  yalnız  tamaşaçı  deyil,  hadisələrin fəal iştirakçısına çevirərək rəqs, musiqi, oyun və gülüş vasitəsilə dostluğun və birlikdə  olmağın  sehrini  göstərir.

Gəncə Dövlət Milli Dram Teatrı "Gəncə Dövlət Milli Dram Teatrı"