DANIŞIR BAKI - 90-ların Yeni ili
Konsert- CHEVRE COMMUNITY
- 20 dek 2026 - 20 dek 2026
🎄 DANIŞIR BAKI — 90-LARIN YENİ İLİ
Yeni il xatirələri çox vaxt hədiyyədən başlamır. Mətbəxdən gələn qoxu, yolkanın başına yığışan ailə, televizorda tanış mahnılar, həyətdə uşaq səsi. Yadda qalan bunlardır.
20 dekabrda «Danışır Bakı» bizi 90-cı illərin Yeni ilinə qaytarır. Bu festival həm o illəri yaşayanlar, həm də onları valideynlərinin hekayələrindən tanıyanlar üçündür.
Divardan asılmış xalçalar, bəzədilmiş yolka, rəngli işıqlar, köhnə televizorlar, diskoteka və uşaqlıqdan tanış dadlar. 90-ların Yeni ilindən nə yadınızdadırsa, burada tapacaqsınız.
🎄 Festivalda nələr olacaq
* 90-ların Yeni il ab-havası və fotozonalar
* O illərin mahnıları və diskoteka
* Qastronomiya və içkilər
* Moda nümayişi
* Masterklasslar
* Yerli brendlər yarmarkası və bit bazarı
* Oyun otağı: nərd, domino, Sega, Dendy
* Və başqa sürprizlər
🎶 Bir günlük səyahət
Uşaq vaxtı Yeni il gecəsini səbirsizliklə gözləmisinizsə, gəlin o hissi yenidən yaşayın. 90-ları yalnız eşitmisinizsə, gəlin öz gözünüzlə görün. Ailəliklə gəlin, uşaqlar üçün də proqram var.
📅 Tarix: 20 dekabr
🕛 Saat: 12:00–00:00
📍 Məkan: Chevrä Community, Sabunçu
🎟️ Bilet qiymətləri
* 1 dekabra qədər: 20 AZN
* 1 dekabrdan sonra: 25 AZN
* Festival günü, 20 dekabr: 30 AZN
Bileti nə qədər tez alsanız, bir o qədər ucuz olacaq.
Proqram və yeniliklər Chevrä Community və Parchapeople səhifələrində.
20 dekabrda görüşürük!