DUB PEPPER
Konsert- MAIZE Beach / "Sea Breeze Resort"
- 21 avq 2026 - 22 avq 2026
Bu tədbir yalnız QR bilet formasında satılır. QR biletlər tədbir günü aktiv olacaqdır. QR biletlərinizi istifadə etmək üçün iTicket.AZ mobil tətbiqində şəxsi hesabınıza daxil olmalısınız.
🌅 WHITE CERCLE təqdim edir! Xəzər sahilində qaynar elektron musiqi gecəsində DUB PEPPER MAIZE Beach səhnəsində çıxış edəcək!
Beatport top-çartlarını fəth edən və dünya Indie Dance reytinqində top-50-liyə daxil olan tanınmış saund-prodüser və DJ. Dub Pepper-in trekləri Bassmatic Records, Bunny Tiger, Ritual və 16 OM kimi nüfuzlu leybllarda yayımlanır. Onun unikal tərzi — Indie Dance, Melodic Techno və dinamik Tech House janrlarının hipnotik sintezi — Solomun, Kolombo və Goom Gum kimi dünya səviyyəli artistlər tərəfindən dəstəklənir.
Canlı setləri yüksək enerji, dərin baslar və rəqs meydançasında unudulmaz atmosfer yaradır.
🎛️ Yerli DJ-lər (Local Support):
• LEE ROO
• MAXTAGE
📌 Qaydalar və məlumat:
• Giriş zamanı ciddi Face Control / Dress Code qaydaları tətbiq olunur (yay və beach-casual üslubuna üstünlük verilir).
• Ümumi rəqs zonasına biletlər, həmçinin VIP masalar və yumşaq zonalar üçün depozit əsasında rezervasiya mümkündür.