Einaudi × Hans Zimmer × Vaqif Mustafazadə × Milli musiqi Canlı piano və eksperimental elektronika
Konsert- Show Gallery
- 28 noy 2026 - 28 noy 2026
Einaudi × Hans Zimmer × Vaqif Mustafazadə × Milli musiqi
Canlı piano və eksperimental elektronika
Müasir klassik musiqi ilə rəqəmsal eksperimentlərin qovuşduğu unikal musiqi səyahətinə hazırsınızmı?
KARAN-ın canlı piano ifası ilə gerçəkləşəcək bu gecədə klassik musiqi sərt elektron səslərlə, akustik harmoniyalar isə rəqəmsal xışıltılar və glitch/ambient elementləri ilə bir araya gələcək.
Konsert proqramında minimalizmin görkəmli nümayəndəsi Ludovico Einaudi, kino musiqisinin əfsanəsi Hans Zimmer və Azərbaycan caz-muğamının banisi Vaqif Mustafazadənin əsərləri, eləcə də sevilən milli melodiyalarımız tamamilə yeni, müasir səslənişdə təqdim olunacaq.
Arxiv səs yazıları, özünəməxsus ritmlər, canlı piano və eksperimental elektronikanın sintezi sizi fərqli bir musiqi atmosferinə aparacaq.
Format: Canlı piano və eksperimental elektronika
Səhnədə: KARAN
Ənənəvi musiqini rəqəmsal dövrün səsləri ilə yenidən kəşf edin!
Bura konsert zalıdır və buradakı bardan içkilər əldə etmək mümkündür.