"Zərif Muğam axşamı" Show Gallery- də
Konsert- Show Gallery
- 09 may 2026 - 30 may 2026
Muğam — Azərbaycan musiqisi
Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik bir ölkədir. Bu torpağın əsrlərdən gələn ruhu, duyğusu və fəlsəfəsi musiqisində yaşayır.
Kökü dərin keçmişə söykənən muğam — Azərbaycan şifahi ənənəli musiqisinin ən möhtəşəm və ən ali janrıdır. Onun hər sədası tarixdən gələn bir hekayə, hər improvizasiyası isə qəlbin ən incə hisslərinin ifadəsidir.
UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilən Azərbaycan muğamı bu gün də öz ecazkar gücü ilə insanları valeh edir.
Muğam, xalq mahnıları, xalq musiqisi və onların əsasında bəstələnmiş əsərlər — bütün bu zəngin irs sizlərə təqdim olunmaq üçün öz zamanını səbirsizliklə gözləyir.
Bu, sadəcə musiqi deyil.
Bu — Azərbaycanın ruhudur. ✨
İfaçılar:
İsmayıl Zülfüqarov — tar
Əlizadə Asif — xanəndə
Nəcəfov Fərid — kamança
Qeyd: Tədbir məkanına sessiya başlamazdan 30 dəqqiqə əvvəl gəlməyiniz xahiş olunur.