Barokkodan tanqoya
Konsert- Azərbaycan Dövlət Akademik Filarmoniyası
- 25 noy 2026 - 25 noy 2026
“Barokkodan tanqoya” — əsrləri və musiqi üslublarını birləşdirən möhtəşəm musiqi axşamı!
Vivaldi və Baxın zərif melodiyalarından Çaykovski və Qriqin lirik dünyasına, Piazzollanın ehtiraslı tanqosuna qədər uzanan bu səyahət sizi fərqli duyğuların sehrinə qərq edəcək.
Dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və Solistlər
Səid Məmmədov (violin)
Rafiqə Quluzadə (piano)
və Nicat Feyziyev’in (violin) ifasında musiqinin unudulmaz anlarını yaşayın!