image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
GabalaFest-də ulduzlu gecə

GabalaFest-də ulduzlu gecə

GabalaFest
  • Gabala Mall
  • 03 avq 2026 - 04 avq 2026

GabalaFest 29 iyul – 3 avqust tarixlərində Qəbələdə musiqi, incəsənət və mədəniyyəti bir araya gətirir.

Altı gün ərzində festival qonaqlarını zəngin proqram gözləyir: uşaqlar və böyüklər üçün ödənişsiz master-klasslar, rəsm sərgisi, yarmarkalar, qastronomiya məkanları, müxtəlif yaradıcılıq fəaliyyətləri və açıq səma altında möhtəşəm konsertlər.
Festivalın hər günü musiqi, incəsənət və ilham dolu anlarla yadda qalacaq. Festivalın möhtəşəm finalı isə avqustun 3-də keçiriləcək böyük konsert olacaq.

Bu yay musiqinin, incəsənətin və mədəniyyətin canlandığı Qəbələdə görüşənədək!

3 avqust sizi GabalaFest-in ən möhtəşəm musiqi hadisəsinə dəvət edirik. Konsert Gabala Mall-un böyük səhnəsində keçiriləcək.

Bu axşam səhnədə Xalq artisti, “Pop Diva” Aygün Kazımova və tanınmış britaniyalı ifaçı Frederik Ferrier çıxış edəcəklər.

Frederik Ferrier məhz GabalaFest üçün Azərbaycanın zəngin musiqi irsindən ilhamlanaraq xüsusi proqram hazırlayıb. Bu proqram çərçivəsində sevilən Azərbaycan mahnıları tamamilə yeni və müasir tərzdə təqdim olunacaq.

GabalaFest-in ən yaddaqalan axşamını qaçırmayın! Musiqinin, müasir səslərin və unudulmaz festival ab-havasının bir araya gəldiyi bu möhtəşəm konsertdə sizinlə görüşməkdən məmnun olarıq.

"Gabala Mall"