image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
GAME SUMMIT 2026

GAME SUMMIT 2026

Digər
  • Bakı Konqres Mərkəzi
  • 10 okt 2026 - 10 okt 2026

GAMESUMMIT 2026 – BEYNƏLXALQ OYUNLAR VƏ ƏYLƏNCƏ FESTİVALI

10 OKTYABR 2026 | BAKU CONVENTION CENTER

Oyunlar, texnologiya, anime, cosplay və müasir pop-mədəniyyət həvəskarları üçün ilin ən böyük tədbirlərindən birinə hazır olun!

SİZİ NƏLƏR GÖZLƏYİR?

🎮 Yüzlərlə videooyun
Oyun sənayesinin yeni layihələrini, indie hitlərini, VR layihələrini və sevimli klassik oyunları pulsuz oynayın.

🏆 Kibersport turnirləri
Gərgin qarşılaşmalar, həyəcanlı finallar və dəyərli mükafatlar uğrunda mübarizə.

👾 Cosplay şousu
Bölgənin ən yaxşı cosplay iştirakçıları, rəngarəng defilelər, çıxışlar və kostyum müsabiqələri.

🎤 K-Pop və səhnə proqramı
Rəqs çıxışları, şou proqramı və əsas səhnədə müxtəlif əyləncələr.

🛍️ Geek mədəniyyəti yarmarkası
Fiqurlar, manqa, komikslər, aksesuarlar, kolleksiya məhsulları və daha çoxu.

🎲 Masaüstü və retro oyunlar
Sevilən klassik oyunlar və bütün yaş qrupları üçün maraqlı turnirlər.

🎁 Mükafatlar və hədiyyələr
Festival tərəfdaşlarından hədiyyə çəkilişləri, müsabiqələr və xüsusi aktivliklər.

📸 Tematik fotozonalar
Yaddaqalan anlar yaradın və onları dostlarınızla paylaşın.

🍔 Food court
Festival ərazisində müxtəlif yemək və içki seçimləri.

🎵 Xüsusi qonaqlar və əyləncə proqramı
Sənaye nümayəndələri, bloqerlər, artistlər və kontent yaradıcıları ilə görüşlər.

Həmçinin tədbir çərçivəsində Azərbaycanda və regionda oyun sənayesinin inkişafına həsr olunmuş konfrans keçiriləcək.

TƏDBİRİN İLKİN PROQRAMI

11:00 – Festivalın açılışı

Gün ərzində:

Oyun zonaları və turnirlər Cosplay müsabiqəsi K-Pop çıxışları Xüsusi qonaqların çıxışları Müsabiqələr və hədiyyə çəkilişləri Geek mədəniyyəti yarmarkası Foto və fan zonaları

20:00 – Festivalın bağlanışı

🗓️ 10 oktyabr | 11:00–21:00

BİLET KATEQORİYALARI

Standard — 20 AZN
Kibersport, bütün oyun zonalarına pulsuz giriş (retro, VR, masaüstü və s.), cosplay, stendlər və digər əyləncələr.

VIP — 200 AZN
VIP giriş, səhnənin qarşısında VIP zona, kofe-breyk və pulsuz içkilər.

Ultimate — 500 AZN
Biznes konfransı, VIP giriş, səhnənin qarşısında VIP zona, kofe-breyk və pulsuz içkilər.

"Bakı Konqres Mərkəzi"