Gülben Ergen
Konsert- Bakı Konqres Mərkəzi
- 07 noy 2026 - 07 noy 2026
Gülben Ergen 7 noyabr tarixində Bakı Konqres Mərkəzinin səhnəsində möhtəşəm solo konsert proqramı ilə çıxış edəcək! ✨
Türk pop musiqisinin sevilən simalarından biri olan Gülben Ergen bu gecədə həm illərin hitlərini, həm də dinləyicilərin qəlbində xüsusi yer tutan romantik mahnılarını canlı ifa edəcək. Güclü səhnə enerjisi, emosional atmosfer və unudulmaz musiqi dolu bu konsert tamaşaçılara xüsusi bir axşam yaşadacaq.
Musiqi, nostalji və duyğularla zəngin bu gecəni qaçırmayın! 🎶
Tədbir qonaqları “Sürətli Keçid” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin B girişindən Mərkəzin ərazisinə daha rahat və sürətli keçid edə bilərlər. Bu əlavə xidmət bileti tədbirə giriş üçün nəzərdə tutulmayıb. Tədbirə daxil olmaq üçün tədbir bileti əldə etmək zəruridir.
Tədbir qonaqları “Sürətli keçid + Avto dayanacaq” xidmətini əldə etməklə Bakı Konqres Mərkəzinin Təbriz küçəsi tərəfindən B girişinin önündə məhdud sayda olan dayanacaqdan istifadə edə bilərlər.