"Qaraca Qız" | Şəfəq Teatrı
Tamaşa- Şuşa Dövlət Musiqili Dram Teatrı
- 28 noy 2026 - 28 noy 2026
Respublikanın müstəqil teatr kollektivlərindən olan Şəfəq Teatrı milli teatr ənənələrini yaşatmaq və tamaşaçılara müxtəlif mövzulu səhnə əsərləri təqdim etmək məqsədilə fəaliyyət göstərir.
Abdulla Şaiqin eyniadlı əsəri əsasında, Şəfəq Teatrının təqdimatında və Paşa Ağayevin quruluşunda səhnələşdirilən “Qaraca Qız” tamaşası dostluq, mərhəmət və insanlıq dəyərlərini ön plana çəkir. Tamaşa Qaraca Qızın taleyi vasitəsilə tamaşaçıları sevgi, xeyirxahlıq və insan qəlbinin saflığı haqqında düşünməyə dəvət edir.