“Yaşım Yolun Yarısı” – İzzət Bağırovun solo konserti
Konsert- Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzi
- 10 dek 2026 - 10 dek 2026
Azərbaycan estradasının sevilən ifaçısı İzzət Bağırov “Yaşım Yolun Yarısı” adlı möhtəşəm solo konsert proqramı ilə Sumqayıtda sənətsevərlərin görüşünə gəlir!
Özünəməxsus ifa tərzi, duyğulara toxunan mahnıları və illərin yaddaşında iz qoyan musiqi repertuarı ilə tanınan sənətçi bu dəfə sevənlərinə unudulmaz musiqi axşamı bəxş edəcək. Konsert proqramında ifaçının dillər əzbəri olan sevilən mahnıları, romantik nəğmələri və musiqisevərlərə xoş ovqat yaşadacaq ifaları səslənəcək.
10 dekabr tarixində Sumqayıt Muğam Mərkəzində musiqi, duyğu və xoş xatirələrlə dolu bir axşamda görüşək!
📅 Tarix: 10 dekabr 2026-cı il
🕖 Saat: 19:00
📍 Məkan: Sumqayıt Muğam Mərkəzi