İnanıram
Tamamlandı- Milli Gənc Tamaşaçılar Teatrı
- 18 yan 2026 - 18 yan 2026
“İnanıram”
Yaş həddi: 14+
Müəllif: Ülviyyə Heydərova
Quruluşçu rejissor və səhnə tərtibatı: Elşad Rəhimzadə
Tək ifa: Zemfira Əbdülsəmədova
Janr: psixoloji dram
Tamaşanın müddəti: 44 dəqiqə
“İnanıram” tək ifa üçün psixoloji dramı müharibədə oğlunu itirmiş ananın
həyatından bəhs edir. İllər öncə gənc alim qadın bir dağ kəndində arxeoloji
ekspedisiyada iştirak edərkən, yamacda tək başına boy atmaqda olan bir ağac
görür. Gənc arxeoloq bu ağacın kölgəsində oturarkən ana olacağını öyrənir. Məhz
bu məqamdan sonra qadınla ağac arasında mənəvi bağ yaranır, hətta körpəni belə
bu ağaca bənzədir. Qadın müharibə səbəbindən arxeoloji qazıntı ərazisindən uzaq
düşür. Oğlunu şəhərdə böyüdür. Həmişə arzulayır ki, işğal altında qalan dağ
yamacındakı bu ağacı oğluna göstərə bilsin. İllər sonra qadının oğlu həmin ərazini
işğaldan azad edərkən, anasının çox bəhs etdiyi həmin ağacı tanımadan şəhid olur.
Artıq qadının bu dünyada sadəcə bir sığınacağı var – yamacdakı tənha ağac. Buna
görə Ana torpaqlarımız işğaldan azad olandan sonra oğlunun ətrini almaq üçün
yamacdakı tənha ağacın görüşünə gəlir...
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.
Keçiriləcəyi yer
Milli Gənc Tamaşaçılar TeatrıDigər tədbirlər
-
Dorian Qreyin portreti | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
05 sen 2026 - 09 yan 2027 19:00 -
Dəlinin qeydləri | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
13 sen 2026 - 10 yan 2027 19:00 -
Romeo və Cülyetta - Şəhrizad Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
05 noy 2026 - 05 noy 2026 19:00