image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Gözəllik və Estetika Konqresi

Gözəllik və Estetika Konqresi

Digər
  • Bakı Konqres Mərkəzi
  • 13 sen 2026 - 13 sen 2026

Beynəlxalq Gözəllik və Estetika Konqresi

Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyəti və AYPA International Academy and Events Group-un təşkilatçılığı ilə keçiriləcək və sahənin seçilən simalarını bir araya gətirəcək Beynəlxalq Gözəllik və Estetika Konqresində sizi aramızda görməkdən böyük məmnunluq duyacağıq.

Sahənin tanınmış mütəxəssisləri, akademiklər, peşəkarlar və nüfuzlu brendlərin iştirak edəcəyi bu mötəbər platforma müasir yanaşmaların müzakirəsinə, peşəkar əlaqələrin genişlənməsinə və sektorun davamlı inkişafına mühüm töhfə verəcəkdir.

Sektorun aparıcı nümayəndələri ilə görüşmək, yeni əməkdaşlıqlar qurmaq, bilik və təcrübə mübadiləsi aparmaq üçün bu nüfuzlu tədbirdə yerinizi almağı unutmayın.

Gələcəyin gözəllik sahəsi liderlərinin yetişdirilməsinə dəstək vermək və beynəlxalq uğur hekayələrinin formalaşmasına töhfə göstərmək bizim üçün həm məsuliyyət, həm də qürur mənbəyidir.

Plenar iclaslar – Bədənin yuxarı 1/3 hissəsinin estetik əməliyyatları

08:00–08:30 – Qeydiyyat

08:30–09:00 – Səhər yeməyi

09:00–09:30 – Açılış mərasimi

09:30–10:00 – Mühazirə – Prof. Vaqif Qələndərov (Azərbaycan)
Mövzu: Qapalı rinoplastikada paloanazoostomiyanın üstün cəhətləri

10:00–10:30 – Mühazirə – Prof. Çingiz Rəhimov (Azərbaycan)
Mövzu: Bişanın yağ toxumasından istifadə edərək göz orbitinin estetik və funksional bərpası üçün yeni bir yanaşma

10:30–11:00 – Mühazirə – Dr. Cahid Şahbazov (Azərbaycan)
Mövzu: Keratopiqmentasiya: Seçim, yoxsa zərurət? Terapevtik və kosmetik keratopiqmentasiyanın təhlili

11:00–11:30 – Mühazirə – Dos. Nigar Sultanova (Azərbaycan)
Mövzu: Estetik əməliyyatlar zamanı üzün nisbətləri və yumşaq toxumalarının qalınlığı

11:30–12:00 – Mühazirə – Dos. İsmayıl Fərzəliyev (Azərbaycan)
Mövzu: Üz-çənə anomaliyaları ilə bağlı üzün estetik qüsurlarının aradan qaldırılmasında rəqəmsal texnologiyaların istifadəsi

12:00–12:30 – Çay fasiləsi

Plenar iclaslar – Bədənin orta 2/3 hissəsinin estetik əməliyyatları

12:30–13:00 – Mühazirə – Prof. Kamuran Zeynep Sevim (Türkiyə)
Mövzu: Anadangəlmə, inkişaf və travmatik döş asimmetriyasında estetik yanaşmalar

13:00–13:30 – Mühazirə – Prof. Özay Özkaya (Türkiyə)
Mövzu: 360 dərəcəli bədən gərmə və omba şəkilləndirmə

13:30–14:00 – Mühazirə – Ph.D. Dr. Dilqəm Məhərrəmov (Azərbaycan)
Mövzu: BBL əməliyyatlarında fərqli metod və texnologiyaların tətbiqi

14:00–14:30 – Mühazirə – Prof. Vaqif Qələndərov (Azərbaycan)
Mövzu: Süd vəzi rekonstruktiv əməliyyatları və innovativ yanaşmalar

14:30–15:00 – Çay fasiləsi

Plenar iclaslar – Bədənin aşağı 3/3 hissəsinin estetik əməliyyatları

15:00–15:30 – Mühazirə – Prof. Fatih Irmak (Türkiyə)
Mövzu: Brazilian Butt Lift (BBL) əməliyyatında təcrübələrim və ağır əməliyyatlara qarşı şəxsi yanaşmam

15:30–16:00 – Mühazirə – Op. Dr. Aylin Kurt (Türkiyə)
Mövzu: Vaginoplastika və labioplastika

16:00–16:30 – Mühazirə – Dr. Təravət Hümbətova (Azərbaycan)
Mövzu: Genital estetika ilə bağlı risklər və mübahisələr

16:30–17:00 – Mühazirə – Prof. İlham Əhmədov (Azərbaycan)
Mövzu: Kişilərdə penis əyriliyinin müasir estetik korreksiya metodları

17:00–17:30 – Layihənin təşkilində dəstəyi olan hüquqi şəxslərə və qurumlara təşəkkür mətninin səsləndirilməsi

17:30–18:00 – Bağlanış mərasimi

Qeyd

Konqresdə iştirak edəcək həkimlər ixtisaslarına uyğun DTT kreditləri ilə təmin olunacaqlar.

"Bakı Konqres Mərkəzi"