Cırtdan
Tamaşa- Şuşa Dövlət Musiqili Dram Teatrı
- 21 noy 2026 - 21 noy 2026
Bu tamaşa uşaqlara igidlik, cəsarət, çalışqanlıq və qoçaqlıq kimi dəyərləri aşılamaq məqsədi daşıyan maraqlı və əyləncəli səhnə əsəridir. “Cırtdan” nağılının motivləri əsasında hazırlanan tamaşa uşaqlara sevimli nağıl qəhrəmanları ilə tanış olmaq və onlardan ilham almaq imkanı yaradır.
Sehrli atmosferi, şən musiqiləri və nağılın dərin mənası ilə tamaşa balaca izləyicilərin diqqətini cəlb edir. Kuklaların və canlı aktyorların ifasında təqdim olunan səhnələr uşaqlara həm əylənmək, həm də mühüm həyati dəyərləri öyrənmək imkanı verir.
3 yaş və yuxarı uşaqlar üçün nəzərdə tutulan tamaşa Cırtdanın cəsarətini və çalışqanlığını nümayiş etdirərək balaca tamaşaçıları bu xüsusiyyətləri öz həyatlarında da inkişaf etdirməyə həvəsləndirir.
Təqdim olunan tamaşa Salyan Dövlət Kukla Teatrının aktyorlarının canlı ifasında nümayiş olunacaq.