Tıq-tıq xanım
Tamaşa- Gəncə Dövlət Milli Dram Teatrı
- 19 sen 2026 - 26 sen 2026
“Tıq-tıq xanım”
Yaş reytinqi: 6+
Müəllif: Abdulla Şaiq
Quruluşçu rejissor: Şahmar Məmmədov
Rollarda: Zeynəb Hüseynova, Mətləb Təhmazi, Seymur Məmmədov, Zaur Əhmədov, Emil Salmanov, Fərid Vəliyev, Elmir Məmmədov, Elnur Abbasov, Rauf Hüseynov,
Janr: nağıl
Tamaşanın müddəti: 1 saat
Tamaşanın başlanma vaxtı: 12:00
Abdulla Şaiqin “Tıq-tıq xanım” nağıl-tamaşası uşaqları xeyirxahlıq, dostluq və ehtiyatlı olmağa çağıran maraqlı və öyrədici əsərdir. Tamaşada Tıq-tıq xanımın özünə həyat yoldaşı axtarması və bu zaman qarşılaşdığı müxtəlif heyvan obrazları təsvir olunur. Hadisələrin inkişafı nəticəsində qəhrəman düzgün seçim etməyin və hər kəsə kor-koranə etibar etməməyin vacibliyini anlayır. Əsər rəngarəng personajları, yumoru və tərbiyəvi məzmunu ilə uşaqlarda müsbət mənəvi keyfiyyətlərin formalaşmasına xidmət edir.