Ləng: Zamanla yarışan insan
Tamaşa- Akademik Milli Dram Teatrı
- 26 sen 2026 - 26 sen 2026
Tamaşa bəşəriyyətin ən böyük fatehlərindən olan Əmir Teymurun həyatından, döyüş
yolundan bəhs edir. Səhnə əsərinin əsas qayəsi milli kimlik, milli özünüdərk məsələsidir. Tarix
dövr edir. Hər şey öz yerinə qayıdır ideyası tamaşanın əsas fikir mühərriki rolunu oynayır.
Tamaşanın süjet xətti iki türk cahangirinin — Əmir Teymurla Toxtamışın döyüşü üzərində
inkişaf edir.
Teymura sui-qəsd olur. Sui-qəsddən sağ qurtulan Əmir Teymur bunu edənləri
araşdırır. Teymurun xəfiyyə-dərvişləri xəbər gətirir ki, onu öldürtmək istəyən Qızıl Orda xanı
Toxtamışdır. Teymur buna inanmaq istəmir, çünki Toxtamışı özü himayə etmiş, onu taxta özü
çıxarmışdır. Teymur Toxtamışın niyyətindən agah olduqdan sonra onunla müharibə etməyə
qərar verir. Əmirin içini didib-dağıdan fikir budur: “Qardaşlarım niyə belə edir?”
Teymur inanır ki, milli kimliyə sahib çıxmaqla, onu qorumaqla hər şeyə nail olmaq olar.
Tamaşasının quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğludur.