image
Bütün
  • Bütün
  • Bakı
  • Gəncə
  • Sumqayıt
  • Şamaxı
Liderlik Etikası və Korporativ Davranış

Liderlik Etikası və Korporativ Davranış

Seminar
  • Radisson Hotel Baku
  • 04 okt 2026 - 04 okt 2026

Liderlik yalnız insanları idarə etmək deyil, onları ortaq məqsəd ətrafında birləşdirərək uğura aparmaq bacarığıdır.

Marsol Academy-nin təşkilatçılığı ilə Beynəlxalq Protokol Mütəxəssisi İhsan Ataöv tərəfindən “Liderlik Etikası və Korporativ Davranış” mövzusunda peşəkar təlim proqramı keçiriləcək.

Müasir iş dünyasında uğurlu rəhbər olmaq yalnız tapşırıq vermək deyil, insanları istiqamətləndirmək, motivasiya etmək, düzgün qərarlar qəbul etmək və komandaya nümunə olmaq deməkdir. Bu təlim iştirakçılara liderlik və idarəetmə sahəsində vacib bilik və bacarıqlar qazandıracaq.

Bu təlim: 
✔️ 6 il Türkiyə Prezident Administrasiyasında protokol təcrübəsi
✔️ 40-dan çox ölkədə rəsmi protokol vəzifələri
✔️ 100+ beynəlxalq səfər
✔️ 75 vilayətdə dövlət səviyyəli tədbirlərin təşkilində birbaşa iştirak edən mütəxəssis İhsan Ataöv tərəfindən aparılır.

Təlim çərçivəsində aşağıdakı mövzular təqdim olunacaq:

✅ Menecer və lider arasındakı fərqlər
✅ Liderlik modelləri və onların tətbiqi
✅ Liderin imici və korporativ davranış
✅ Peşəkar imic və geyim mədəniyyəti
✅ Müraciət formaları və səs tonu
✅ Bədən dili və təsirli ünsiyyət bacarıqları
✅ Salamlaşma və əl sıxma qaydaları
✅ Həll yönümlü düşüncə və davranış
✅ Strateji düşüncə və qabaqlayıcı yanaşma
✅ Səlahiyyətlərin və işlərin effektiv delegasiya edilməsi
✅ Stress və zamanın idarə olunması
✅ Korporativ həyatın əsas riskləri və maneələri

Təlim iştirakçılara liderlik bacarıqlarını inkişaf etdirmək, komanda idarəçiliyində daha effektiv olmaq və korporativ mühitdə peşəkar nüfuz formalaşdırmaq üçün praktik alətlər təqdim edəcək.

"Radisson Hotel Baku"