Leyli və Məcnun
Tamamlandı- Marionet Teatrı
- 24 yan 2026 - 14 fev 2026
TAMAŞAÇILAR ÜÇÜN BİLDİRİŞ: Tamaşa “qara kabinet” üslubunda hazırlanmışdır. Bu cür quruluşun texniki özəlliklərinə görə, tamaşaçılar aşağıdakı şərtlərə birmənalı riayət etməlidir:
a) gecikməmək (gecikdiyi təqdirdə tamaşaçı zala buraxılmır);
b) yaş həddini gözləmək (yaşı 12-dən az olan uşaqlar zala buraxılmır);
c) telefon və s. işıqlanan cihazları söndürmək (hətta cüzi ekran işığı tamaşanı pozur).
“Leyli və Məcnun” marionet tamaşası görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı muğam operasının 14-pərdəlik quruluşudur.
ƏTRAFLI: http://marionet.az/az/program/7
“Leyli və Məcnun” ürkək, vəfalı, dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc – Leyli və Məcnun, bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur... Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.
Tədbirdən sonra materiallar
Bu tədbir üzrə materiallar hələ yayımlanmayıb.
Keçiriləcəyi yer
Marionet TeatrıDigər tədbirlər
-
Dorian Qreyin portreti | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
05 sen 2026 - 09 yan 2027 19:00 -
Dəlinin qeydləri | "WHITEROOF" teatr studiyası Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
13 sen 2026 - 10 yan 2027 19:00 -
Romeo və Cülyetta - Şəhrizad Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonu
05 noy 2026 - 05 noy 2026 19:00