Leyli və Məcnun
Tamaşa- Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı
- 22 noy 2026 - 22 noy 2026
“Leyli və Məcnun”
Yaş həddi: 16+
Müəllif: Məhəmməd Füzuli
Səhnələşdirmə müəllifi və quruluşçu rejissor: Nicat Mir Kazımov (Əməkdar artist)
Məsləhətçi: İlqar Fəhmi (Əməkdar incəsənət xadimi)
Janr: faciə
Əsas rolların ifaçıları: Bəhram Əliheydər, Asya Atakişiyeva, Səbinə Məmmədzadə, Nicat Mir Kazımov (Əməkdar artist), Kərəm Hadızadə, Mehriban Abdullayeva (Əməkdar artist), Sevinc Əziz, Naibə Allahverdiyeva (Xalq artisti), Leyli Vəliyeva (Əməkdar artist), Nuriyyə Əliyeva, Nofəl Vəliyev (Əməkdar artist), Manaf Dadaşov, Rasim Cəfər (Əməkdar artist), Niyaz İlyasoğlu, Rövşən Abbasov
Tamaşanın müddəti: ikihissəli
1 hissə- 50 dəqiqə
II hissə- 1 saat 10 dəqiqə
Dahi söz ustası Məhəmməd Füzulinin 1537-ci ildə yazdığı “Leyli və Məcnun” poeması ərəb folkloruna əsaslanan, ilahi eşqi tərənnüm edən Azərbaycan ədəbiyyatının zirvə əsərlərindən biridir.
Bu poema əsasında hazırlanan tamaşada atalar və oğullar arasında münasibət, yeni nəsillərlə köhnə cəmiyyət arasındakı təzad, obrazların psixoloji-mənəvi aləmlərində baş verən ziddiyyətlər quruluşçu rejissor tərəfindən fərqli tərzdə verilmişdir.